İlk öncə qeyd edim ki, folk elementləri hopdurulmuş atmosferik black metal favoritimdir. Ümumiyyətlə folk elementlərin əlavə edilməsi saundu monotonluqdan və standartdan uzaqlaşdırır, daha innovatik və daha fərqli səslənir. Sırf folk üzərinə qurulmuş saundlar isə çox dinlədikdə darıxdırıcı gəlir. Atmosferik strukturlu folk elementləri qatılmış black ruhlu metal oynayan qruplar elə də ifrat çox yayılmayıb, az olsalar da əksəriyyətin diskoqrafiyası həqiqətən də dinlənilərkən yüksək həzz verir. Belə qruplara Agalloch, October Falls, Epheles və s. misal göstərmək olar. Yeni relizlərə göz gəzdirdiyimdə Falls of Rautros-u kəşf etdim, və “The Light That Dwells in Rotten Wood” 45 dəqiqəlik epik səyahət... Albomun adından zatən musiqidə hansı hisslərin əks olunduğu ehtimal edilə bilinir. Albomun üz qabığındakı şəkli gördükdə isə dinləmədən ötə bilmirsən, dumanlı dağ mənzərəsi musiqinin insanı uzaqlara aparacağının göstəricisidir sanki. Elə ilk trekdən (“Earth's Old Timid Grace”) əmin olursan ki, albom ancaq yaxşı şeylər vəd edir. Ümumiyyətlə, belə saundların əsas özəyi və canı akustik elementlərdir, akustik gitardan geniş istifadə olunur.
Akustik keçidlər və yumşaq drum partiyalarından melodik axıcı gitar rifflərinin və sürətlənən drum partiyalarının sanki uzaqlardan, dağların arxasından, meşənin dərinliklərindən eşidilən blekəmeylli vokalla bütünlüyü qrupun saundunu əks etdirir. “isti” və “həzin” gitar rifflərinin, simlərdən dartılan emosional və hüznlü notların vəhdəti albomun atmosferini elə gözəl edir ki... Agalloch-un “Mantle” albomunu xatırladır bəzən, xüsusilə albomun ən önəmli hissəsi olan “soyuq” və rahatladıcı akustik partiyalar ruha istirahətetmə effekti verir. Qeyd ediləcək bir fərqliliyi yoxdur albomun, sadəcə təqdir ediləcək gözəlliyi vardır. Texniki cəhətdən keyfiyyətli albomlar çoxdur, amma həqiqətən də dinləyiciyə dinlərkən duymaq istədiyi hissləri ötürmək hər alboma nəsib olmur. Albomun ana treki “Banished”-dir, 5:52-dən sonrakı akustik və drum sintezi valehedicidir, ardından yüksələn ritm, sərtləşəməyə doğru axan rifflər və sürətlənən drum partiyaları, qulağa “əzabverici” səslənməyən yarıskrim vokal.. Albom “The Cormorants Shiver on Their Rocks” outro ilə tam istədiyim kimi başa çatır, sanki dağlardan enən səyahətçinin yaşadığı yorğunluq və soyuq havanın ciyərlərə hopması ilə aşılanan rahatlıq...