Friday, August 5, 2011

Death Metal

Yaranma tarixi:
   İngilis “Venom” qrupu sonradan thrash, black və death metal kimi tanınan elementləri 1981-ci ildəki “Welcome to Hell” albomunda birləşdirdi. Ekstremal metal qrupları Venom-un qaranlıq, örtülü, harş vokallı satanik imicli saundundan təsirləndilər. 1981-ci ildə qurulan bir digər qrup “Slayer” thrash metal oynamasına baxmayaraq, onun saundu müasirləri Metallica, Megadeth və Exodus-un saundundan daha güclü və kəskin idi. Slayer saundu “boyunqıran” sürəti və ölüm, zorakılıq, müharibə mövzulu lirikləri ilə fərqlənirdi. Rəylərə görə, qrupun üçüncü relizi “Reign in Blood” tamamilə death metal janrından qaynaqlanmışdır, və sonrakı illərdə janrın liderləri üçün böyük təsir mənbəyidir.
   1983-cü ildə qurulan Possessed qrupu debüt “Seven Churches (1985)” albomu ilə death və thrash elementlərini öz saundunda kombinə edir. Sadəcə iki relizi olmasına baxmayaraq qrup bütün metal mediası və janr nümayəndələri tərəfindən death metal janrının inkişafında bir abidə, ilk death metal qrupu kimi tanınır. Possessed qrupunun çöküşü ilə eyni zamanda janrın “ikinci” nümayəndəsi “Death” qrupu yaradılır. Əslən “Mantas” adlanan qrup 1983-cü ildə Chuck Schuldiner, Kam Lee və Rick Rozz tərəfindən qurulur. Bir-birini izləyən demolar sırasından qrup 1984-cü ildə ilk “Death by Metal” demosunu yazır. Qrup death metal səhnəsində böyük və təsirli dalğa yaradır. Sürətli drum partiyaları ilə dəstəklənən sürətli rifflər və sololar saundun əsasını təşkil edir. Death-in 1987-dəki debüt “Scream Bloody Gore” albomu metal mediası tərəfindən “thrash-dən death-ə keçid” və “ilk həqiqi death metal relizi” hesab olunur.

   Death metal veteranlarına Possessed və Death ilə yanaşı “Autopsy, Necrophagia, Master, Morbid Angel, Massacre, Atheist, Obituary, Deicide” qrupları aid edilir...
  
Artan Populyarlıq:
   1989-dan bəri Floridadan olan Obituary, Morbid Angel və Deicide qruplarının da daxil olduğu bir çox death metal oynamaq istəyən qruplar relizlər etmək üçün müxtəlif leybllara üz tutdular. Əksəriyyət qrupların Floridadan gəlməsi ilə bağlı olaraq “Florida death metal” kateqoriyasına aid edilirlər. 80-cı illərin sonlarında death metal İsveçə də yayılır, ilk yetişən qruplardan Carnage, God Macabre, Entombed, Dismember və Unleashed göstərmək olar. 90-cı illərin əvvəlində isə Dark Tranquillity, At The Gates və İn Flames kimi nümayəndələri ilə tanınan “Gothenburg metal” tanınmağa başlanır. Sonralar original death metal qruplarını izləyən innovatorlar yeni subjanrlarla metal səhnəsinə addım atırlar. Britaniya qrupu “Napalm Death”-in 1990-dakı “Harmony Corruption” albomu aqressiv və texnikal gitar riffinqi, dəyişdirilən groul vokal, “sosial xəbərdarlıq” edən mövzuları “grindcore” adlı subjanra meyl edir. Yeni hərəkətlənməyə Britaniyadan “Bolt Thrower, Carcass” və ABŞ-dan “Suffocation” qoşulur…
   Həmçinin Death qrupu 1991-də 4cü relizi olan “Human” albomunu buraxaraq modern death metalın nümunəsini verir. Bu sıraya Carcass-ın “Necroticism – Descanting the İnsalubrious”, Suffocation-ın “Effigy of the Forgotten” və Entombed-in “Clandestine” albomları da aid edilir.
   Earache Records, Relativity Records və Roadrunner Records death metal janrının önəmli leybllarına çevrilir.
   1990-nın sentyabrında Death qrupunun meneceri Eric Greif ilk Şimali Amerika death metal festivallarından olan “Day of Death”-i təşkil edir və festivala “Autopsy, Broken Hope, Hellwitch, Obliveon, Revenant, Viogression, İmmolation, Atheist, Cynic” də daxil olmaqla 26 qrup qoşulur.

Sonrakı Tarix:
   Death metal-ın populyarlığı 1992-93 intervalında zirvəyə çatır, “Morbid Angel, Cannibal Corpse və Obituary” kimi qruplar kommersial uğurlar qazanırlar. Sonrakı dövrdə “underground” hissəsi də saxlanmaqla subjanr müxtəlifliyi ilə populyarlığını daha da gücləndirir.

Xarakteristika:
İnstrumentovka:
   Death metal janrında adətincə iki guitarist, bassist, vocalist və əsasən “ikili drum vuruşlarından” istifadə edən drummer-dən ibarət qruplar çıxış edir. Bu ənənəvidir, bəzi qruplar isə əlavə olaraq digər musiqi alətlərindən də istifadə edirlər, məsələn klaviş, elektronik proqramlaşdırıcı və s. Janr özünəməxsus olaraq “palm muting” və “tremolo picking” texnikaları ilə oynanılan sürətli gitar riffləri ilə xarakterizə edilir. Perkussiya adətən aqressiv və güclüdür, “blast beats” və “double bass” texnikaları ilə əks olunan sürətli drum nümunələri də janrın özəyini təşkil edir.
  
Vokal və Liriklər:
   Death metal vokalları qırtlaq nəriltisi, yarıqroul, dişqıcırtma, aşağı səsli danışıq, mırıldamalar kimi fərqlənirilən vocal tərzlərinin vəhdətinin aid olduğu death qroullarıdır. Vokalın aqressivlik səviyyəsi və kobudluğu da mahnının lirikal mövzusuna görə fərqlənə bilər. Yüksəksəsli skrim vokal da janrda geniş istifadə olunur. Adətən qrup vokalistləri saundda skrim və qroulu əvəzləmə ilə istifadə edərək fərqlilik qatmağa və monotonluğu aradan qaldırmağa cəhd edirlər.
   Death metal liriklərinin mövzusunu əsasən zorakılıq, dəhşət təşkil edir, bu ənənəvidir. Həmçinin mövzulara satanizm, anti-din, okkultizm, mistisizm, fəlsəfə, siyasət də aid edilir.

Terminin mənşəyi:
   “Death metal” termininin necə yaradılması barədə müxtəlif ehtimallar mövcuddur. Bəzilərinə görə mümkün mənşə Hellhammer və Celtic Frost tərəfindən fanatlar üçün dərc edilən “Death Metal” jurnalının adından irəli gəlir. Sonradan bu isim Noise Records tərəfindən 1984-də buraxılan kompilyasiyaya verilir. Termin Possessed qrupunun 1984-dəki “Death metal” demosundan və 1985-dəki “Seven Churches” albomundakı eyniadlı trekdən qaynaqlana bilər. Həmçinin Death qrupunun 1984-dəki “Death by Metal” demosu da nəzərə alınmalıdır.

Subjanrlar:
Melodic Death metal – skandinav death metalı bu subjanrın atası hesab olunur. “Melodeath” kimi də adlandırılan subjanr bəzi death metal elementləri ilə qovuşdurulan heavy metal saundudur. Saundun strukturu əsasən “iron Maiden”fason gitar harmoniyaları, death metal brutal rifflər üzərindəki bəzi dəyişikliklər, həm yüksək qroul, həm də skrim vokalların sintezindən ibarətdir. “Carcass” əksəriyyət tərəfindən “Heartwork (1993)” adlı ilk melodeath albomu çıxaran qrup kimi tanınır. Həmçinin “İn Flames, Dark Tranquillity və At The Gates” adətən janrın və eləcə də Gothenburg metalın veteranları hesab olunur.

Technical Death metal – bu janr və oxşarı olan “progressive death metal” nümayəndələrinə saundlarını daha mürəkkəb etmək və zənginləşdirmək imkanı verir. Saundun strukturu – ümumi death metal elementləri, dinamik quruluş, qeyri-adi gözlənilməz keçidlər, tipik olmayan ritmlər, və fərqli melodiyalardan ibarətdir. Subjanrda əsasən progressive rock, jazz və ya klassik musiqi təsirləri vardır. Techdeath, progdeath elementlərini geniş istifadə edən qruplara “Cryptopsy, Edge of Sanity, Opeth, Origin, Sadist” aid etmək olar. “Cynic, Atheist, Pestilence, Gorguts” jazz təsirli death metalın inkişafında böyük rol oynamışlar. “Necrophagist, Spawn of Possession” qrupları klassik musiqi təsirli death metal saunduna malikdirlər. Janrın önəmli qrupu “Death” də son illərində progressive death metal yönümlü fəaliyyət göstərmişdir. Polyak “Decapitated” qrupu Avropanın əsas modern techdeath metal nümayəndəsi kimi tanınır.

Death/Doom metal – bu subjanr doom metalın aşağı temp və melanxolik atmosferi ilə death metala məxsus dərin qroul və sürətli drum partiyalarının sintezi ilə xarakterizə olunur. 1980-lərin əvvəlində yaranmağa başlasa da yalnız 90-ların əvvəlində böyük populyarlıq qazanmışdır. Veteranları “Winter, Asphyx, Disembowelment, Paradise Lost, Anathema, My Dying Bride” hesab olunur.

Goregrind, Deathgrind – subjanr grindcore-a məxsus intensivlik, qısalıq ilə death metalın ümumi elementlərinin sintezi nəticəsində yaranmışdır. Mahnıla çox qısadır, adətən 1-3 dəqiqə intervalında dəyişir. Qeyd edilməli qruplara “Brujeria, Cattle Decapitation, Cephalic Carnage, Pig Destroyer, Rotten Sound” aid etmək olar.

Blackened Death metal – adından göründüyü kimi black və death metal elementlərinin kombinə edilməsi ilə yaranmışdır. Bu subjanrın nümayəndələri adətən death metal saunduna blekə məxsus satanizm, okkultizm mövzularını gətirirlər. “Sarcofago, Blasphemy, Beherit, İmpaled Nazarene” qrupları ilə əsasən yayılmağa başlamışdır. 90-cı illərin ortalarında “Belphegor, Behemoth, Akercocke, Zyklon, Sacramentum” qrupları ilə daha da populyarlıq qazanmışdır.

Deathcore – metalcore janrının artan populyarlığı dövründə bəzi nümayəndələri death metala meyllənməyə başlamışlar. Death metalın sürətli drum partiyaları, dərin nəfəsli qroulu metalcore-a məxsus melodiyalar, skrim və brikdaunlar ilə kombinə edilmişdir.

Digər subjanrlar – death metal janrı metala aid edilməyən janrlarla sintez edilərək də müxtəlif subjanrlar meydana çıxmışdır. Məsələn, jazz təsirli death metal (Atheist, Cynic qrupları), Misir və Orta Şərq musiqi elementlərini death metal özəyli saunduna hopduran “Nile” qrupu, simfonik elementlərini və klaviş partiyalarını geniş istifadə edən “Eternal Tears of Sorrow, Nightfall” qrupları.
Həmçinin müasir dövrdə geniş yayılmış folk/death, brutal death metal, death’n’roll subjanrların da qeyd etmək olar…
 
Related Posts with Thumbnails