Saturday, July 30, 2011

Opeth (SWE)

Janr: Extreme Progressive/Death metal
Ölkə: İsveç
Yarandığı il: 1990
Mövzuları: sevgi, itki, kədər, təbiət, ölüm

Opeth, 1990-cı ildə İsveçdə qurulmuş bir progressive death metal qrupudur. Qrup öz ifalarında death metal musiqisindən başqa həm də musiqiyə daha da poetiklik qatmaq üçün şeirlərdən istifadə edir. Hətta bəzi yarışmalardan mükafatları da var.

Qrupun adı Wilbur Smith-in “Sunbird” (Günəşin Quşu) adlı bir kitabından çıxmışdır. Bu romanda Opet adında bir ay şəhəri tapılır. Qrup üzvləri bunu Opeth-ə çevirirlər. Bir tərəfdən isveçcə Opeh deyə oxunur.

Opeth, 1990-cı ildə Stokholmda David Isberg tərəfindən quruldu. Isbergin Mikael Åkerfeldti qrupa çağırmasıyla bərabər, əvvəldə bas gitara çalması düşünülən Åkerfeldt, gitaraçı olaraq qatıldı. Qrup üzv sayısı baxımından əskik olduğundan tez-tez yeni əlavələr alırdı, ancaq çoxu qalıcı olmadı. David Isberg 1992-də "yaradıcılıq anlamında fərqlilikləri" irəli sürərək qrupdan ayrılınca, vokallara Mikael Åkerfeldt keçdi. Peter Lindgren gitara, Anders Nordin zərbdə çıxış etdi. Johan DeFarfalla müvəqqəti olaraq bass gitara çalmaq üçün qrupa qatıldı, ancaq qısa müddət sonra daimi üzv oldu.

Friday, July 29, 2011

Nile (USA)

Janr: Brutal/Technical Death metal
Ölkə: ABŞ
Yarandığı il: 1993
Mövzuları: misir mifologiyası, ölüm, işgəncə...
Status: aktiv

Əksəriyyət qrup üzvlərinin mövzularına görə misir əsilli olmalarını güman edirlər. Qrup üzvlərindən heç birinin misirə aidiyyatı yoxdur, sadəcə misir sivilizasiyası və mifologiyasına maraqları vardır, xüsusən də Karl Sandersin. Qrup öz musiqisini "Ithyphallic Metal" adlandırır. Karl Sanders qrupu yaradana qədər Morbid Angel və digər ABŞ death metal qruplarında vokalist olmuşdur. Qrupun mahnıların musiqi və sözləri də əsasən elə Karl Sanders tərəfindən yazılır. Nile bəzi mahnılarda misir musiqi alətlərindən də istifadə edərək traditional və technical death metalı Orta Şərq musiqi elementləri ilə birləşdirmişdir.

Draconian (Swe)

Janr: Gothic/Doom metal
Ölkə: İsveç
Yarandığı il: 1994
Mövzuları: anti-din, ölüm, depressiya, sevgi, kədər...
Status: aktiv

Draconian — İşveçdən olan bu kollektiv romantik doom/gothic metal ifa edir. Yaradıcılıqları My Dying Bride, Tristania, köhnə işləri isə Theatre of Tragedy qrupları ruhundadır.Qrup həm qadın,həm də kişi vokalından istifadə edir.Daha dəqiq qadın öz məlahətli vokalı ilə mələk, kişi isə ağır qroulu ilə şeytan obrazı yaradır.
Bioqrafiya - 1994-cü ilin may ayında 3 istedadlı isveçli gənc Johan Ericson, Andreas HindenasJesper Stolpe black -ləşmiş "melodic death metal" oynamaq üçün Kerberos ansamblına daxil olmağa qərar verdilər. Yeddi ay sonra qrupa lider-vokalist və mətnlərin müəllifi Anders Jacobsson daxil olur və bundan sonra qrup adını dəyişməyi qərara alır. Növbəti bir neçə ayda qrup ilk demoları üzərində işləməyə başladılar, hansı ki, Jessica Eriksson(fleyta,vokal), Susanne Arvidsson(vokal,keyboarder), Andreas Haag(keyboarder) da iştirak etdi. Demo 1995-ci ildə tam hazır oldu və "Shades of a Last Moon" adlandırıldı. Lakin o yalnız 1996-cı ilin fevralında işıq üzü gördü. Elə bu ərəfələrdə qrupa yeni gitarist daxil oldu, bu Magnus Bergstrom (Bergis) idi.

Wednesday, July 27, 2011

Draconian - A Rose For The Apocalypse (2011) (resenziya)

   "Tanrılarımızı dar ağacına çəkək, Yeni işıq hər birimizin üzərində parlayacaq..." (Draconian - The Drowning Age)

   Möhtəşəm “Arcana Rain Fell” albomu ilə qrupa başlayan sevgim hər albomda özünü daha qabarıq şəkildə biruzə verdi, və bu hər qrupa nəsib olan şey deyil. Diskoqrafiyasını 5 bir-birindən gözəl albomun bəzədiyi Draconianın yeni “A Rose For The Apocalypse” relizi doom və ümumiyyətlə metal səhnəsində qrupun necə güclü kollektiv olduğunu bir daha sübut edir. Ağır doom və yumşaq gothic elementlərini məharətlə tarazlaşdıran qrup daha bir möhtəşəm işə imza atdı. Anders Jacobsson-un ağır nəfəsli qroulu və Lisa Johansson-un gözəl emosional təmiz vokalı həmişəki kimi yaxşı vəhdətdədir.