Saturday, July 30, 2011

Opeth (SWE)

Janr: Extreme Progressive/Death metal
Ölkə: İsveç
Yarandığı il: 1990
Mövzuları: sevgi, itki, kədər, təbiət, ölüm

Opeth, 1990-cı ildə İsveçdə qurulmuş bir progressive death metal qrupudur. Qrup öz ifalarında death metal musiqisindən başqa həm də musiqiyə daha da poetiklik qatmaq üçün şeirlərdən istifadə edir. Hətta bəzi yarışmalardan mükafatları da var.

Qrupun adı Wilbur Smith-in “Sunbird” (Günəşin Quşu) adlı bir kitabından çıxmışdır. Bu romanda Opet adında bir ay şəhəri tapılır. Qrup üzvləri bunu Opeth-ə çevirirlər. Bir tərəfdən isveçcə Opeh deyə oxunur.

Opeth, 1990-cı ildə Stokholmda David Isberg tərəfindən quruldu. Isbergin Mikael Åkerfeldti qrupa çağırmasıyla bərabər, əvvəldə bas gitara çalması düşünülən Åkerfeldt, gitaraçı olaraq qatıldı. Qrup üzv sayısı baxımından əskik olduğundan tez-tez yeni əlavələr alırdı, ancaq çoxu qalıcı olmadı. David Isberg 1992-də "yaradıcılıq anlamında fərqlilikləri" irəli sürərək qrupdan ayrılınca, vokallara Mikael Åkerfeldt keçdi. Peter Lindgren gitara, Anders Nordin zərbdə çıxış etdi. Johan DeFarfalla müvəqqəti olaraq bass gitara çalmaq üçün qrupa qatıldı, ancaq qısa müddət sonra daimi üzv oldu.



Candlelight Records tərəfındən müqavilə təklif olunan Opeth, təklifi qəbul edərək ilk albom çalışmalarına başladı. 1995-ci ildə qrupun ilk albomu Orchid satışa çıxarıldı. Albomun prodüserliyini isveçli məhşur musiqiçi Dan Swanöya aiddi. Qrupun Death Metal təməlli musiqisi, jazz və folk təsirlərini özündə formalaşdırıb, tez-tez sürətli bir tərzdə irəliləyən rifflər albomu adi bir albom olmaqdan uzaqlaşdırır.

Qrup ilk albomdan sonra 1996-cı ilin Aprel və May aylarında ikinci albomu üzərinə çalışmalara başladı. Prodüsserliyi yenə Dan Swanö üstələmişdi. 1996-cı ildə çıxan ikinci alboma “Morningrise” beş mahnı daxil idi və hər mahnı 10 dəqiqədən artıq idi. Qrup Orchid-də istifadə etdiyi Death Metal, Progressive Metal, jazz və Folk təsiri ifalara daha yaxşı oturtmuşdu. Bir çox dinləyicilərə göre, qrupun ən yaxşı əsəri olan Morningrise riff zənginliyi baxımından metal musiqisi tarixində önəmli bir albomdur. Bundan əlavə, Opeth-in ən uzun ifası olan “Black Rose Immortal” bu albomda yer alır. Həmin mahnı 20 dəqiqə (20.11) uzunluğundadır.

Opeth “Morningrise”ı yayımladıqdan sonra uzun bir turneyə çıxmışdır. Turne sonrasında Johan DeFarfalla qrupdan atılır, Anders Nordin isə Brazilyaya köçərək qrupla əlaqəni kəsir.

1997-ci ildə üçüncü albom “My Arms, Your Hearse” yayımlanır. Qrupa baterist Martin Lopez (Amon Amarth-dan ayrılmışdır.) qatılır. Bass gitaraçı olaraq, Lopezin dostu Martin Mendez qatılır. Fəqət “My Arms, Your Hearse” yazılışında bass gitarları Martin Mendezin köhnə çalışmaları həmin anda öyrənməməsi səbəbiylə Mikael Åkerfeldt çalmışdır. “My Arms, Your Hearse”də qrupun mahnı sözləri dəyişmişdir. Mahnıların uzunluqları daha qısadır və albom daha sərt və qaranlıq atmosferi və dəyişik elementlərin daha seyrək istifadəsi səbəbi ilə Opeth-in ən brutal albomu qəbul edilir. “My Arms, Your Hearse” öldükdən sonra dünyaya sevgilisini görmək üçün ruh olaraq dönən bir adamın yaşadıqlarını anlatmaqdadır.

Opeth-in dördüncü albomu “Still Life” 1999-cu ildə yayımlanır. “Still Life, My Arms”, “Your Hearse” kimi bir albomdur. “Morningrise”dakı musiqili əsasln daha bərabər bir formada mahnılara yedirilməsi və Åkerfeldtin təmiz vokallarda özünü yaxşıca inkişaf etdirməsi albomu önəmli Opeth albomları arasına salır. Albom kəndindən dini görüşler səbəbiylə qovulan bir adamın sevdiyi qız Melindanı almaq üçün geri dönməsi, lakin sonda ikisinin də həyatlarının sonu olmasını danışır. Hekayəsinin Anti-Xristian görüşlərdən ibarət olması iddiaları Mikael Åkerfeldt tərəfındən qismən doğrulanmışdır. Albomda yer alan “Face Of Melinda” adlı mahnı daha sonra Åkerfeldtin 2003-də anadan olan qızına isim mənbəyi olmuşdur. Lakin mahnının Melinda Åkerfeldt üçün yazıldığı görüşü tamilə yanlışdır.

Qrup 2001-ci ildə Music For Nations altında “Blackwater Park” adlı beşinci albomunu yayımlamışdır. Opeth-in karierasında dönüm nöqtəsi olaraq xatırlanan albom qrupun musiqisinə tamamən proqresivlik yeritməyə başladığı ilk albomdur. Prodüsserliyini Porcupine Tree-dən Steven Wilsonun hazırladığı albom böyük uğur qazanmışdır. “Blackwater Park”ı 2002-də “Deliverance”, 2003-de isə “Damnation” izləmişdir. “Deliverance” “Blackwater Park” və “Still Life” albomlarının təsirini yansıdarkən, “Damnation” Åkerfeldtin çox sevdiyi 70-ci illərin Progressive Rock qruplarına bir hörmət əlaməti albomu olaraq görülməkdədir. Katatonia-dan Jonas Renksenin fikri üzərine qardaş albomlar olaraq qısa müddət aralarla yayımlanan “Deliverance” və “Damnation”da qrupun uğurunu davam etdirdiyi albomlardır. Xüsusilə, “Damnation” özündə olan dinləndirici və sıx Blues və Progressive Rock təsirli mahnılarıyla Opeth-in sərt üzünü dinləyə bilməyən dinləyicilər tərəfındən də xoş qarşılanmışdır.

Opeth 2005-ci ildə Music For Nations-un bağlanmasıyla Roadrunner Records-a keçmişdir. “Damnation” turnesində qrupa klavişlərdə yardımçı olan Per Wiberg qrupa daxil olmuşdur. Avqust 2005-də çıxan “Ghost Reveries” qrupun Extreme Progressive Metal tərzində uğurunu davam etdirdiyini göstərmişdir. Qrupun mahnı sözləri baxımından ilk dəfə okultizm istifadə olunan albomdur.

2006-da “Ghost Reveries”in özəl buraxılışı satışa çıxarılacaqdır. Bu an gələn məlumatlara görə, yeni buraxılış Deep Purple qrupunun “Soldier Of Fortune” mahnısının Opeth coverini özündə əks etdirir.

2005-ci ilin sonları və 2006-cı illərdə təşkil olunan turnelərdə nadir rastlanan bir qan xəstəliyi tapılan baterist Martin Lopez yerinə qrupa Amerika turnesində Gene Hoglan, Avropa və digər turnelərdə ise Martin Axenrot çıxış etməkdədir. Lopez 12 May 2006-cı ildən qan xəstəliyi səbəbiylə qrupdan ayrılmışdır. Yerinə turnelərdə qrupa qoşulan Martin Axenrot keçmişdir.

17 May 2007-ci il tarixində uzun müddətdir qrupla bərabər olan gitaraçı Peter Lindgren qrupdan ayrılmış, yerinə köhnə Arch Enemy gitaraçısı Fredrik Åkesson keçmişdir.
2008-ci ildə qrup "Watershed" albomunu çıxarır.

Bu il sentyabrda qrupun "Heritage" relizinin işıq üzü görməsi gözlənilir...

Diskoqrafiya: 

- Orchid (1995)
- Morningrise (1996)
- My Arms, Your Hearse (1998)
- Still Life (1999)
- Blackwater Park (2001)
- Deliverance (2002)
- Damnation (2003)
- Ghost Reveries (2005)
- Watershed (2008)
- Heritage (2011)

Hazırki heyət:

- Mikael Akerfeldt (guitars, vocals)
- Martin Mendez (bass)
- Martin Axenrot (drums)
- Fredrik Akesson (guitars)
- Joakim Svalberg (keyboards)

Linklər:

Rəsmi səhifə
Facebook

Diskoqrafiyasını buradan yükləyə bilərsiniz...
 
Related Posts with Thumbnails