Friday, July 29, 2011

Nile (USA)

Janr: Brutal/Technical Death metal
Ölkə: ABŞ
Yarandığı il: 1993
Mövzuları: misir mifologiyası, ölüm, işgəncə...
Status: aktiv

Əksəriyyət qrup üzvlərinin mövzularına görə misir əsilli olmalarını güman edirlər. Qrup üzvlərindən heç birinin misirə aidiyyatı yoxdur, sadəcə misir sivilizasiyası və mifologiyasına maraqları vardır, xüsusən də Karl Sandersin. Qrup öz musiqisini "Ithyphallic Metal" adlandırır. Karl Sanders qrupu yaradana qədər Morbid Angel və digər ABŞ death metal qruplarında vokalist olmuşdur. Qrupun mahnıların musiqi və sözləri də əsasən elə Karl Sanders tərəfindən yazılır. Nile bəzi mahnılarda misir musiqi alətlərindən də istifadə edərək traditional və technical death metalı Orta Şərq musiqi elementləri ilə birləşdirmişdir.
Nile saundu həmçinin öz ekstremallığı, rifflərdəki ağırlığı, sürəti ilə fərqlənir. Nile musiqisi insanı qədim misir dövrünə aparır, hətta qulların əziyyəti də hiss olunur.
Nile elə debüt albomu “Amongst The Catacombs Of Nephren-Ka” ilə diqqətləri öz üzərinə çəkmişdir. Qeyd etmək vacibdir ki, Nile diskoqrafiyasında zəif reliz yoxdur, nisbətən güclülər vardır. Xüsusilə 2005-də işıq üzü görən "Annihilation of the Wicked" albomu favoritlərdəndir. Qrupun sonuncu relizi 2009-da çıxardıqları "Those Whom the Gods Detest" albomu da kifayət qədər uğurlu qazanmışdır (ən maraqlı "Kafir" treki ilə)...

Diskoqrafiya:

- Amongst the Catacombs of Nephren-Ka (1998)
- In The Beginning (Best of/Compilation, 1999)
- Black Seeds of Vengeance (2000)
- In Their Darkened Shrines (2002)
- Annihilation of the Wicked (2005)
- Legacy of the Catacombs (Best of/Compilation, 2007)
- Ithyphallic (2007)
- Those Whom the Gods Detest (2009)

Hazırki heyət:

- Karl Sanders (vocals, guitar, bass, keyboards)
- Dallas Toler-Wade (guitar, bass, vocals)
- George Kollias (drums)
- Chris Lollis (bass, vocals)

Linklər: 

Facebook 
Twitter 

Diskoqrafiyasını buradan yükləyə bilərsiniz...

 
Related Posts with Thumbnails