Tuesday, August 2, 2011

Death (ABŞ)

Janr: Progressive Death Metal
Ölkə: ABŞ
Yarandığı il: 1984
Mövzuları: mənəviyyat, cəmiyyət...
Status: dağılıb

   Death-in əsası 1983-cü ildə Chuck Schuldiner tərəfindən qoyulmuşdur.Chuck Schuldiner 2001-ci ildə beyin xərçəngindən öldükdən sonra qrup dağıldı.Qrup death metalda ən nüfuzlu qruplardan biridir.Debüt albomları "Scream Bloody Gore" "death metalın birinci sənədi" kimi,Chuck Schuldiner isə "death metalın atası" kimi bir sıra musiqi bioqrafları tərəfindən təsvir edilir.

İlk dövr (1983-1987):

1983-cü ildə Chuck Schuldiner "Mantas" adlı qrupun əsasını qoyur.Schuldiner Kam Lee(Barney Lee) və Rick Rozz (Frederick DeLillo) ilə 1984-cü ildə mahnılar yazmağa başlayırlar."Death by Metal" demosundan sonra Schuldiner "Mantas" qrupunu ləğv edir və "Death" adı altında yeni qrupu qurur.Rick Rozz və Kam Lee yeni qrupun da üzvü olurlar.Qrup "Reign of Terror" adlı ikinci demonu yazır.1985-ci ildə "Infernal Death" demosundan sonra Lee və Rozz Scott,Carlson və Matt Olivio ilə əvəz edilir.Zərbçi tapılmır və qrup fəaliyyətini dayandırır.Schuldiner San-Fransiskoya gedir və Eric Brecht-i qrupa zərbçi kimi dəvət edir,lakin o qrupun fəaliyyətindən narazı qalır və qrupu tərk edir.1986-cı ildə Schuldiner kanada thrash qrupu Slaughter-dən albomlarında oynaması üçün dəvət alır və Kanadaya gedir.Yeni qrup onun simpatiyasını qazanmır və 2 həftə sonra qrupla işlərini dayandırır.Əvvəlcə Florida oradan da San-Fransiskoya gedir və Chris Reifert ilə "Mutilation" demosunu yazır.1987-də debüt "Scream Bloody Gore" albomu buraxılır.Schuldiner Floridaya qayıdır və orada qrupun keçmiş üzvü Rick Rozz və onun Massacre qrupunun iki üzvü Terry Butler və Bill Andrews ilə görüşür.

Orta dövr (1988-1992):

1988-ci ildə yeni heyət "Leprosy" albomunu yazır.Avropa konsertlərindən sonra 1989-da Rick Rozz qrupdan gedir.Meksika səfərindən sonra qrup üçüncü "Spiritual Healing" albomunu yazır.Bu zaman Schuldiner "qan" mövzusunu "sosial tənqidi təhlil" mövzusu ilə əvəz etdi və bu qrupun musiqisində də öz əksini tapdı.Qrup progressive death metal stilinə yönəldi.1990-cı ildə Schuldiner Avropa səfəri ərəfəsində səfərdən imtina etdi,lakin Andrews və Butler "Death" qrupu adı altında səfəri davam etdirdilər.Qrupa Walter Trachsler(gitar) və Louie Carrisalez(vokal) gətirildi.Bu zaman Schuldiner məhkəməyə müraciət etdi və Andrews ilə Butler qrupdan qovuldular.Schuldiner yalnız sessiya musiqiçiləri ilə işləməyə başladı.Steve DiGiorgio və undergraund Florida qrupu Cynic-dən Sean Reinert və Paul Masvidal qrupa çağırıldı.1991-ci ildə Death əvvəlki albomlarına nisbətən texnikal və proqressiv "Human" albomunu buraxdı.Human qrupun tarixində ən çox satılan albomudur.

Son dövr (1993-2001):

1993-cü ildə Reinert və Masvidal keçmiş qrupları Cynic ilə davam etmək üçün Death-i tərk etdilər.Schuldiner thrash qrupu Dark Angel-dən zərbçi Gene Hoglan-ı qrupa çağırdı və King Diamond qrupundan gitarist Andy LaRocque ilə işləməyə başladı."Individual Thought Patterns" albomu buraxıldı.Death səkkiz illik əlaqəsi olan Relativity Records ilə qurtardı və Roadrunner Records ilə müqavilə imzaladı.1995-də "Symbolic" albomu işıq üzü gördü.Albomdan sonra Schuldiner Death və Roadrunner Records ilə bütün əlaqələri pozdu və Control Denied üçün mahnılar yazmağa başladı.Lakin Death-in Nuclear Blast ilə albom üçün müqaviləsi vardı buna görə də Schuldiner yenidən Death-i qurdu və Florida musiqiçiləri Richard Christy,Shannon Hamm və Scott Clendenin ilə yeni albom "The Sound of Perseverance" üçün işləməyə başladı.Albom 1998-də buraxıldı.Albom və iki səfərdən sonra Schuldiner yenidən Death-i pozub Control Denied ilə işləməyə başladı.Debüt albomdan sonra Schuldiner-ə beyin xərçəngi diaqnozu qoyuldu.İkinci reliz üzərində işlərkən Schuldiner-in vəziyyəti yaxşılaşmışdı,lakin şiş onu zəiflətmişdi.O,hospitala yerləşdirildi.2001-ci il dekabrın 13-də evə buraxıldı və 1 saatdan sonra öldü.

Son heyət:
Chuck Schuldiner (guitars, vocals)
Scott Clendenin (bass)
Richard Christy (drums)
Shannon Humm (guitars)

Diskoqrafiya:
Albomlar:
Scream Bloody Gore (1987)
Leprosy (1988)
Spiritual Healing (1990)
Human (1991)
Fate: The Best of Death (compilation album) (1992)
Individual Thought Patterns (1993)
Symbolic (1995)
The Sound of Perseverance (1998)
Live in L.A. (Death & Raw) (live album) (2001)
Live in Eindhoven (live album) (2001)

Demolar:
Death by Metal (demo as Mantas, 1983)
Live in Tampa (demo, 1984)
Reign of Terror (demo, 1984)
Live at Ruby's Pub (live-demo, 1984)
Infernal Death (demo, 1985)
Rigor Mortis (demo, 1985)
Back from the Dead (demo, 1985)
Infernal Live (live-demo, 1985)
Mutilation (demo, 1986)

Diskoqrafiyasını buradan yükləyə bilərsiniz...
 
Related Posts with Thumbnails