Doom metal heavy metalın adətən aşağı templi, lakin qalın və ağır gitar rifflərinin xas olduğu formasıdır. Həm saund, həm də lirikal mövzusu ümidsizlik, kədər, qorxu kimi hisslər aşılayır. Janr “Black Sabbath”-ın əvvəlki işlərindən çox təsirlənmişdir, qrup doom metalın prototipini hazırlamışdır. 1980-cı illərin birinci yarısında İngiltərədən “Pagan Altar, Witchfinder General”, ABŞ-dan “Pentagram, Saint Vitus, Trouble”, İsveçdən “Candlemass, Count Raven” kimi qruplar doom metalı ayrıca janr kimi fərqləndirmişlər.
Xarakteristikası:
İnstrumentovka:
Elektro-gitar, bass gitar və drum saundda istifadə olunan təməl alətlərdir, klavişin də istifadə edilməsi halları vardır. Gitarist və bassistlər instrumentləri adətən aşağı notlara kökləyirlər, və bu da janrın əsas əlaməti olan qalın və ağır gitar rifflərinin istifadə edilməsinə yarayır.
Vokal:
Vokal tərzinin fərqlənməsi janrın subjanrlarına görə fərqlənir. Traditional doom metal təmiz vokalın üstünlüyü ilə seçilir, ümidsizlik, ağrını özündə təcəssüm etdirən təmiz vokal. Epic doom-da vokal daha çox opera tərzini xatırladır. Doom metalın digər ekstrim metal növləri ilə sintezindən yaranmış törəmə janrlarda isə qroul və skrim vokal üstünlük təşkil edir.
Lirikal mövzular:
Liriklər janrda əsas rolu oynayır, saundun təsiredici olmasında birbaşa ön mövqedədirlər. Pessimistik formadadırlar və mövzulara əsasən əziyyət, depressiya, qorxu, kədər, ölüm, əsəb və s. misal göstərmək olar. Əksəriyyət qruplar lirikləri özləri yazsalar da, bəzi qrupların ədəbiyyata üz tutduğu, şerlərdən istifadə etdməsi geniş yayılmışdır. Bəzi qruplar dini mövzulardan da istifadə edirlər. Stoner doom metal aləmində isə narkotik, xəstəlik kimi mövzulara yer verilir, daha çox psixedelik xarakterə malik mövzulardan geniş istifadə edilir.
Janrın tarixi:
İlk vaxtlar (1970-lər):
Doom metal heavy metalın ən qədim formaları arasındadır, “Black Sabbath”-ın əvvəlki işləri ilə kökləri atılmışdır. “Blue Cheer” də doom metal pioneri kimi tanınır. Belə qruplar proto-doom kimi tanınır.
İnkişaf (1980-lar):
1980-ların ortalarında əsasən İngiltərə və ABŞ-dan olan qruplar doom metalın ayrıca bir janr kimi formalaşmasında əsas xidməti göstərdilər. 1982-ci ildə janr pionerlərindən olan Witchfinder General debüt “Death Penalty” albomunu çıxardı. 1984 və 1985-də Saint Vitus, Pentagram və Trouble da debüt relizlərini etdilər. Nəhayət 1986-da janrın adını götürdüyü isveçli Candlemass “Epicus Doomicus Metallicus” albomunu çıxardı. 1980-cı illər ərzində janr ifrat underground idi və çox azsaylı fanat kütləsinə malik idi. Həmin illərdə daha sürətli metal tərzinin xas olduğu speed, thrash kimi janrlar dominant idi. Asta, ağır və pessimistik təbiəti ilə doom qruplara daha az diqqət göstərilirdi. Bəzi doom metal qruplarının saundunda həmin illərin goth rock və post punk təsirləri vardır.
Törəmə üslublar:
Traditional Doom – 1990-ların əvvəlində doom janrında müxtəlif eksperimentlər aparılırdı, bu dəyişikliklər nəticəsində meydana çıxdı. Bu janrın qrupları doom köklü qrupların saundundan fərqli olaraq daha yüksək səsli gitar tonundan istifadə edirlər, və adətincə aşağıdan orta tempə meylli qalın və ağır səslənməyə üstünlük verirlər. Təsadüfi qroul və skrim ilə yanaşı əsas olaraq təmiz vokaldan istifadə edilir. Müasir dövrdə bu janrın qruplarına “Ogre, Reverend Bizarre, Witchcraft” göstərmək olar.
Epic Doom – əsas xüsusiyyəti vokaldır, təmiz, operatik və xor səslənmədən istifadə olunur. Lirikal mövzuları adətən fantaziya və mifologiya təşkil edir. Adətən traditional doom-dan fərqləndirmək çətindir. Janrın tanınmış qruplarına “Candlemass, Solitude Aeturnus, Solstice, Doomsword” kimi qrupları göstəmək olar.
Stoner Doom – və ya stoner metal, psychedelic doom özündə psixedelik elementləri əks etdirən doom tərzidir. Stoner rock-un ağır və asta forması kimi xarakterizə olunur. 1990-ların ortalarında “Kyuss, Sleep, Acid King, Electric Wizard, Orange Goblin, Sons of Otis” kimi qruplar tərəfindən təməli atılmışdır.
Sludge Doom – həmçinin sludge metal kimi də tanınır. Doom metal, hardcore punk və bəzən southern rock-un kombinə edilmiş halıdır. Əksər sludge qrupları qısa hardcore keçidləri istifadə edilən asta və ağır saunda malikdir. Həmçinin bəzi qruplar sürətli tempə üstünlük verirlər. Vokal olaraq adətən skrim, yarı-skrim istifadə edilir. Lirikal mövzuları əziyyət, narkotik vərdişi, siyasət və cəmiyyətə qarşı hirs təşkil edir. Janr 1990-ların əvvəllərində “Eyehategod, Crowbar, Acid Bath, Grief, The Melvins” kimi tanınmış qruplar tərəfindən yayılmışdır.
Funeral Doom – deathdoom metalın cənazə qoxusu hopdurulmuş törəməsidir. Boşluq və ümidsizlik aşılayan çox asta tempdə səslənir. Atmosferin yaradılması üçün klaviş-dən tez-tez istifadə edilir. Arxa planda çox kədərli və çox ağır, bezikmiş səslənən qroul vokal vardır. Funeral doom pionerlərinə “Funeral, Thergothon, Skepticism, Corrupted” aid edilir.
Drone Doom – uğutulu səslənən tərz kimi xarakterizə edilir. Mahnılar adətən çox uzundur, dooma xas aşağı temp xasdır. “Earth, Boris, Sun O)))” tərzin yaradıcıları hesab olunur.
DeathDoom – adından da göründüyü kimi doom və death metala xas elementlərin sintezi ilə yaradılmışdır, birincinin pessimistik və ağır atmosferi ilə ikincinin əsasən drum tərzi və dərin qroul vokalı saunda yansımışdır. 1980-ların sonlarında yaranmağa, 1990-ların əvvəlində populyarlaşmağa başlamışdır. Janrın pionerlərinə “Winter, Disembowelment, Paradise Lost, Novembers Doom, Anathema, My Dying Bride” aid edilir.
GothicDoom – digər törəmələrdən fərqli əsas üstünlüyü klaviş və qadın vokalından geniş istifadə edilməsidir. Digər önəmli xüsusiyyəti gothic metala xas atmosferdir. Skandinav ölkələri və Hollandiya əsasən bu janrdakı tanınmış qruplara malikdir. “Tristania, Theatre of Tragedy, The Gathering” qrupları tərzin pionerləri hesab olunur.